Bakı,  Аzərbaycan

Türkçe        Azərbaycanca        На русском        Diploma

Türkçe

Azərbaycanca

На русском

Tədris Proqramı

Uzaqdan təhsil

Mükafatlar

Rəylər

Şəhadətnamələr

Layihələr

Kitablar

Foto və Video

Diplom

Lüğət

Saytın xəritəsi

PSİXO-ENERJİ MÜDAFİƏ Kursları

Özünüzü müdafiə edin!
  • Masajist, həkimlər (xüsusilə psixo-terapevt, nevropatoloq, psixiatr) və psixoloqlar üçün (xəstələrin və müştərilərin mənfi proqramlarından öz psixikanı/təhtəlşüurunu və bədənini qorumaq məqsədi ilə).
  • Hər istəyən üçün (xəstə və ya sərt/ədəbsiz insanlarla qarşılıqlı əlaqə və ünsiyyətdə olaraq, onların mənfi proqramlarından öz psixikanı/təhtəlşüurunu qorumaq məqsədi ilə).
Nəzəri və praktik dərsləri psixolog, parapsixolog, alternativ tibb mütəxəssisi,
BMT-in Ümüm Dünya Sulh Federasiyasının Sulh Səfiri
Zahid Budaqlı aparır.

Təhsil müddəti 3 ay. Təhsil tezləşdirilmiş haldada keçirilə bilər.
Təlim Azərbaycan, RusTürk dillərində keçirilir.

Azərbaycan Beynəlxalq Tədris və Elmin İnkişafı Akademiyasının Diplomu verilir.

Bakıda telefon: (+994 50) 591-86-88
(+994 55) 955-38-59
WhatsApp:   +994505918688
      

Psixo-enerji müdafiə nədir
və nə üçün lazımdır

    Psixo-enerji müdafiə olmadan işləyən masajistlər, həkimlər, psixoloqlar öz pasiyent və müştərilərilərdən, istər-istəməz, idrakaltı rejimdə, xəstəlik, kefsizlik, depressiya və sairə mənfi proqramları öz üzərinə (təhtəlşüuruna) dartırlar.
    Bu mənfi proqramların arasında son dərəcə təhlükəli proqramlar da ola bilər, məsələn intihar proqramı. Belə ki, Bakıda son vaxtlar intiharlığa mail edən klienlərlə işləyən psixoloq özünü öldürmüşdü. Şübhəsiz ki, faciəli hadisənin ən azı bir səbəbi psixoloqun təhtəlşüuruna müştərilərindən çekilmiş intihar proqramları olub.
    Bununla belə, az təhlükəli xəstəliklər və psixoloji hallar da, tədricən toplanaraq, ruhi əhvalın və bədənin iğtişaşlarına səbəb ola bilər.
    Özü özünə peşəkar psixo-enerji müdafiə qurmaq və bununla müştərilərin və xəstələrin mənfi proqramlarından öz təhtəlşüurunu və bədənini qorumaq, "Psixo-enerji müdafiə" kurslarında tədris olunur.
    Bu, ilk növbədə peşəkar masajistlər, həkimlər (xüsusilə psixo-terapevt, nevropatoloq, psixiatr) və psixoloqlara lazımdır.

    Lakin adi adam da, insanlarla qarşılıqlı əlaqə və ünsiyyətdə olaraq (xüsusi ilə, xəstə və ya sərt/ədəbsiz insanlarla), istər-istəməz, idrakaltı rejimdə, onların mənfi proqramlarını öz psixikasına/təhtəlşüuruna dartır. Bu proqramlar sonra xəstəlik, pessimizm, depressiya, vahimə/qorxu, pis əhval-ruhiyyələrdə irəli çıxır.
    Sizcə, niyə gənclikdə adam tez-tez zarafat edir, gülür, təbəssümlə həyat sürür, ancaq yaşa dolduqda "daha ciddi" və kədərli olur?
    Çünki gənçlikdə insanın təhtəlşüurunda mənfi proqramlar hələ azdır. Yaş artıqca, bu cür proqramların həcmi artır və insan kədərli və ağrılı olur. Həyat uzunu, belə proqramları insan qismən özü yaradır, ancaq böyük bir hissəsini başqa adamlardan, istər-istəməz, təhtəlşüur/dərk edilməyən səviyyədə, özünə çəkir.
    Eyni zamanda, dərin yaşa qədər təbəssümlü, tez-tez zarafat edən, yüksək əhval-ruhiyyəli insanlar da var. Onların sayı azdır, ancaq bir qayda olaraq, ömürləri olduqça uzun davam edir, simaları isə çox gənc görünür! Çünki onların təhtəlşüurlarında mənfi proqramlar azdır.
    Azərbaycan dilində onlara bir növ zarafatla "arsız" deyirlər, amma əslində - belə də olmaq lazımdır (məntiqə uyğun çərçivədə). Hər halda, müasir praktik psixologiya belə sayır.
    Bu insanlar təbiətdən şans alıblar, onların təhtəlşüuruna anadan olarkən psixo-enerji müdafiə tikilib!
    Deyirsiz, sizin anadan gəlmə psixo-enerji müdafiəniz yoxdu? Onu qoymaqı öyrənə bilərsiz! Və bütün ömr uzunu, dərin yaşa qədər, təbəssüm içində, gülə-gülə, xoşbəxt yaşayacaqsınız və özünüzü həmişə cavan hiss edəcəksiniz!
    Müasir praktik psixologiyanın ən son texnologiyaları bunu təmin edir. Onlardan faydalanın - siz ki üçüncü minilliyin insanısınız!

Bakıda Toy üzrə Stilist Kursları
Bakıda
Toy Stilist Kursları
Bakıda kurslar
Bakıda 40-a yaxın müxtəlif kurslar
"İnteryer və Landşaft dizaynı"
Kursları
İnteryer və Landşaft
dizaynı Kursları